Təqdimatınızı seçin və endirin
Scalini – ənənəvi italyan mətbəxi və ruhunun vəhdəti
Scalini Xəzərin sahilində yerləşən Sea Breeze Resort-da İtaliyanın bir guşəsi kimi sizi qarşılayır. Artıq 27 ildən çoxdur ki, Azərbaycanda qonaqlarımıza orijinal italyan mətbəxinin ləzzətini ailəvi və səmimi atmosferdə təqdim edirik.
İtalyan şefimizin hazırladığı yeməklər- təzə pastalar, nazik xəmirli pizzalar, şirəli steyklər və incə zövqlə hazırlanmış desertlər ənənəvi reseptlərə əsaslanır. Hər bir qonağımız İtaliyanın dadını və istiliyini hiss edə bilsin deyə bütün yeməklərimizi yalnız yüksək keyfiyyətli məhsullar və böyük sevgi ilə hazırlayırıq.
Scalini ailəvi axşam yeməkləri, romantik görüşlər və qastronomik zövqlərin paylaşılması üçün ideal məkandır. Burada sizi rahat ab-hava, səmimi qonaqpərvərlik və unudulmaz dadlar gözləyir.
Bizə təşrif buyurun və Xəzərin sahilində İtaliyanın dadını kəşf edin!