arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow

SEA BREEZE

WHITE BEACH CLUB

Xəzər dənizi sahilində əsl yay istirahətinin dadını çıxarın.

Xəzər dənizinin sahilində yerləşən Sea Breeze kurort şəhərciyində isti yay günlərində aktiv və əyləncəli çimərlik istirahəti üçün yeni layihə qonaqların xidmətindədir.

White Beach Club çimərlik klubu Event Hall banket zalının yaxınlığındakı restoran-terras və geniş çimərlik ərazisini birləşdirir. Klubun dizaynı dünyaşöhrətli çimərlik klublarını, həmçinin ağ rəngə bürünmüş evləri ilə seçilən Mikonosun ənənəvi memarlığını xatırladır. Ərazidə günəşdən qorunmaq üçün çətirlər, çadırlar və söhbətgahlar, eləcə də şezlonqlar qonaqların ixtiyarındadır. Burada landşaft dizaynı elə planlaşdırılıb ki, məkanın bəmbəyaz rəngli ümumi konsepsiyasına ahəngdar şəkildə uyğun gəlir, axşamlar isə xüsusi işıqlandırma sistemi çimərliyi əsl klub məkanına çevirir.

Geniş çeşiddə fərqli fəaliyyət növlərindən ibarət proqram qonaqların hər gün doyunca və maraqlı istirahət etmələri üçün hazırlanıb. 

White Beach-də tematik axşamlar da keçirilir. Belə tədbirlərdə milli mətbəxə aid təamları dadıb, canlı musiqidən zövq almaq olar.

600 yerlik restoranda aşpaz Maksim Qolovinin rəhbərliyi ilə yunan və Aralıq dənizi ənənələrini özündə birləşdirən, təravətli, bol tərəvəzli, dəniz məhsulları və ətdən hazırlanan yeməklər qonaqlara təklif olunur. Restoranın barmeni Yevgeni Maksimov cəlbedici şərab kartı, eləcə da unikal və məşhur kokteyllərin menyusunu tərtib edib.

Yay əhval-ruhiyyəli və dəbli dizaynı, maraqlı qastronomik təklifləri və rəngarəng əyləncə proqramı ilə qəlbləri valeh edən White Beach Club cütlüklər, uşaqlı ailələr, dost qrupları – bir sözlə, hər kəs üçün ideal və komfortlu yay tətili məkanıdır.

+994 (99) 961 05 05 (Terassa)
+994 (99) 960 05 05 (Çimərlik)

10:00 - 19:00