Sea Breeze-də beynəlxalq Dream Songwriting Camp keçirildi

17 09.2025

arrow

9–12 sentyabr tarixlərində Sea Breeze Resort-da Avropa və ABŞ-dan 15 mahnı müəllifi, prodüser və ifaçını bir araya gətirən beynəlxalq musiqi düşərgəsi Dream Songwriting Camp baş tutdu.

Dörd gün ərzində iştirakçılar 32 yeni trek yaratdılar. Onların arasında EMIN üçün gələcək sinqllər, eləcə də beynəlxalq ifaçılar və K-Pop sənətçiləri üçün nəzərdə tutulan kompozisiyalar var.

Layihənin təşəbbüskarı dünya şöhrətli Return of the Mack hitinin müəllifi, tanınmış danimarkalı prodüser Cutfather oldu. O, Bakının ab-havasının komandanı “həqiqətən unikal mahnılar toplusu” yaratmağa ruhlandırdığını qeyd etdi. Düşərgənin həmtəşkilatçısı kimi çıxış edən Emin Ağalarov isə belə istedadlı musiqiçiləri qəbul etməkdən məmnunluğunu bildirib və Dream Songwriting Camp-ı Sea Breeze-də hər il keçirilən ənənəvi bir tədbirə çevirmək istədiyini vurğulayıb.