Çin Sirkinin Yeni İl Şousu “Santa və Qızıl Əjdaha” – Circus Sea Breeze-də

26 11.2025

arrow

13 dekabrdan 11 yanvara qədər Circus Sea Breeze səhnəsində Çin Sirkisinin yeni il tamaşası – “Santa və Qızıl Əjdaha” şousu nümayiş etdiriləcək. Proqram Çin akrobatikasının elementlərini, Şaolin intizamını, hava nömrələrini, balans və akrobatik piramidaları bir araya gətirir. Hologramlardan, animasiyalardan və 7D effektlərindən istifadə isə tam immersiya təsiri yaradaraq şounu bütün yaş kateqoriyalarından olan tamaşaçılar üçün möhtəşəm və yaddaqalan edir.

Gözəl ənənəyə uyğun olaraq, sirkin ilk nümayişləri himayəsiz qalan uşaqlara, şəhid və veteran övladlarına, eləcə də fiziki məhdudiyyətli uşaqlara həsr olunur – məqsəd onlara diqqət, sevinc və yeni il abu-havası bəxş etməkdir.

30 noyabra qədər xüsusi kampaniya qüvvədədir: bütün biletlər 15 AZN qiymətinə təklif olunur! Qonaqların rahatlığı üçün “Koroğlu” metro stansiyasından Circus Sea Breeze-ə və geri xüsusi transfer xidməti təşkil olunacaq.

Biletləri şəhərin bütün kassalarından və aşağıdakı saytdan əldə etmək mümkündür: https://iticket.az/ru/events/circus/chinese-circus-santa-and-the-golden-dragon