Moskvada Sea Breeze0in flaqman satış ofisi açıldı

25 04.2025

arrow

Aprelin 24-də Xamovnikidə Sea Breeze kurort şəhərciyinin flaqman satış ofisinin təntənəli açılışı oldu. Ofis Yefremov küçəsi, 10 ünvanında, "Sadovıye kvartalı" yaşayış kompleksinin ərazisində yerləşir. Yeni məkanda qonaqları Sea Breeze şirkətinin təsisçisi və sahibi Emin Ağalarov qəbul etdi.

Moskvada artıq üçüncü satış ofisinin fəaliyyətə başlaması Sea Breeze brendinin inamlı inkişafını və Rusiya bazarında layihəyə yüksək marağı vurğulayır.

Tədbirdə prodüser Yana Rudkovskaya, FUN&SUN-ın direktorlar şurasının sədri Taras Demura və baş direktoru Vladimir Rubtsov, YES apart-hotellər şəbəkəsinin baş direktorunun müavini Anton Aqapov, ən böyük biznes kanalı "Razborshik"in təsisçisi Şarif Danilov, rusiyalı sahibkar, YouDo ifaçı axtarışı şirkətinin və “Osnovateli” biznes konfransının təsisçilərindən biri Denis Kutergin, blogger Sergey Kalyujnı və başqaları iştirak etdilər.

Açılış çərçivəsində günün birinci yarısında brokerlər üçün Sea Breeze-in yeni layihələri haqqında sessiyalar, ikinci yarısında isə Emin Ağalarov və Sea Breeze şirkətinin kommersiya direktoru Ayaz Tağıyevin iştirakı ilə ofisin təntənəli açılışı və qırmızı lentin kəsilməsi mərasimi baş tutdu.

“Bizim üçün Xamovnikidə flaqman satış ofisinin açılması təkcə layihənin genişləndirilməsi deyil, həm də müştərilərimizlə əlaqələri gücləndirmək üçün yeni imkandır ki, bu da bizə daha da böyüməyə və inkişaf etməyə imkan verəcək”, – deyə Sea Breeze-in təsisçisi və sahibi Emin Ağalarov bildirdi.

Tədbirdə həmçinin development və turizm baxımından Sea Breeze-də mövsümün bir neçə mühüm yenilikləri elan edildi. Belə ki, kurort şəhərciyində YES apart-hotelində mənzillərin satışı başlayır. Bu, “Sea Breeze”də ilk rus mehmanxana operatorlarından biridir. Layihə ümumi sahəsi 60 000 kv.m olan müasir 16 mərtəbəli servis mənzillər kompleksidir və Sea Breeze-in tam mərkəzində – mühüm infrastruktur və sosial əhəmiyyətli obyektlərə piyada məsafədə yerləşəcək, bu da kompleksin gələcək sakinləri və qonaqları üçün əlavə üstünlük deməkdir.

Emin Ağalarov və Taras Demura Sea Breeze ilə şəhərciyin ilk turoperator tərəfdaşı FUN&SUN arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının rəsmi mərasimində də iştirak etdilər. Tərəfdaşlıq Azərbaycanın çimərlik istirahəti üçün perspektivli məkan kimi imicini gücləndirəcək. Rusiyalı turistlər rahat paket turlar çərçivəsində Xəzər dənizinin sahilində istirahət edə biləcəklər.