Təqdimatınızı seçin və endirin
20 04.2026
30 maydan 30 avqustadək Circus Sea Breeze-də beynəlxalq “Moskva Buz Sirki” şousu keçiriləcək. Bu, Bakıda yay mövsümünün ən yaddaqalan və ən möhtəşəm tədbirlərindən biri olacaq. İlk dəfə olaraq arena buz məkanına çevriləcək və tamaşaçılara dünya səviyyəli səhnə quruluşu təqdim ediləcək.
Proqramda beynəlxalq səviyyəli akrobatların, hava gimnastlarının və sirk artistlərinin çıxışları, buz üzərində mürəkkəb tryuklar, günbəz altında həyəcanverici uçuşlar, dizayner kostyumlar, işıq şousu və peşəkar şəkildə hazırlanmış səhnə tərtibatı yer alacaq. Şimal mənzərələrinin estetikası ilə ilhamlanan bu tamaşa Xəzər sahilindəki yay mövsümünə fərqli və unikal ab-hava qatır.
Biletləri iTicket.az saytından və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 15–30 AZN aralığındadır.
https://iticket.az/en/events/circus/moscow-ice-circus
Tamaşaçıların rahatlığı üçün “Koroğlu” metro stansiyasından Circus Sea Breeze-ə və geri istiqamətdə xüsusi avtobus xidməti təşkil olunacaq.