Sea Breeze-də nar ağaclarının əkilməsi keçiriləcək

06 11.2025

arrow

16 noyabr saat 15:00-da Sea Breeze kurort şəhərində ənənəvi nar ağaclarının əkilməsi mərasimi və ailəvi fəaliyyətlər təşkil olunacaq. Tədbirdə kurortun sakinləri və qonaqları, tanınmış ictimai xadimlər, həmçinin kurort-şəhərin qurucusu Emin Ağalarov və Sea Breeze Landscape departamenti iştirak edəcəklər.

Mərasim Nar Gününə – Azərbaycanın əsas qastronomik və mədəniyyət simvollarından birinə həsr olunmuş bayrama təsadüf edir. Əkiləcək ağaclar iri və şirəli nar sortları ilə məşhur Göyçay rayonundan gətiriləcək. Əkilmiş bitkilər 7 km uzunluğa malik Sea Breeze nar bulvarının bir hissəsi olacaq. Gələcəkdə bulvarın 20-22 km-ə qədər genişləndirilməsi planlaşdırılır.

Fəaliyyət cədvəli:

  • 14:00 – 6 yaşdan yuxarı uşaqlar üçün proqram. Sosial-ekoloji “EcoSfera” mərkəzinin mütəxəssisləri tərəfindən “Mənim nar bilərziyim” adlı master-klass və “Kompost – ağaclar üçün superfood” adlı eko-dərs keçiriləcək.
  • 15:00 – “Odlar Yurdu” Azərbaycan Xalq Ansamblının iştirakı ilə ağacəkmə mərasiminin açılışı.

Hər fəaliyyət üçün qeydiyyat mütləqdir: Qeydiyyat link vasitəsilə

Mərasimin keçirildiyi məkan – The Choyxona restoranının yaxınlığı. Qonaqlar və rezidentlər üçün əraziyə pulsuz transfer təmin olunacaq: Şatllar The Grand-ın əsas girişindən saat 13:30-dan etibarən yola düşəcək.