Təqdimatınızı seçin və endirin
12 12.2025
Sea Breeze, sosial-ekoloji mərkəz “EkoSfera” ilə əməkdaşlıq çərçivəsində, 6–22 yaş arası iştirakçılar üçün ekoloji startapların hazırlanmasına yönəlmiş WINTER LAB — layihəsini istifadəyə verir.
Layihənin ilk mərhələsi 20-21 dekabr 2025-ci il tarixlərində keçiriləcək.
Birinci gün iştirakçıları təlimlər, ustad dərsləri və mentorlarla birlikdə ideyalar üzərində çalışma prosesi gözləyir. Növbəti gün isə layihələrin təqdimatları və ən yaxşı ideyaların peşəkar münsiflər heyəti tərəfindən seçilməsi baş tutacaq. İştirakçılar komandada işləmək və sahibkarlıq bacarıqlarını inkişaf etdirəcək, Sea Breeze tərəfindən sertifikatlar əldə edəcək və aşağıdakı nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar: “Ən Yaxşı İdeya”, “Ən Yaxşı Model və ya Prototip”, “Ən Yaxşı Pitch”.
Qeydiyyat 15 dekabra qədər açıqdır. Layihənin ikinci mərhələsi və finalı isə 2026-cı ilin yanvar–fevral aylarında keçiriləcək. Yerlər məhduddur.
Qeydiyyat formasını buradan doldura bilərsiniz: https://docs.google.com/forms/d/e/1FAIpQLSe7F2Lg7eno56tVlLEvFIPJjOYGIByquy0FAEK2d3QoMdgxWQ/viewform