Təqdimatınızı seçin və endirin
21 04.2025
Aprelin 21-də Sea Breeze-in təsisçisi Emin Ağalarov və PAŞA Həyat-ın İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycanın sığorta bazarında innovativ həllər üzrə lider olan PAŞA Həyat şirkəti ilə əməkdaşlıq memorandumu imzaladılar.
Müqavilə çərçivəsində müxtəlif istiqamətlərdə təcrübə və məlumat mübadiləsi məqsədilə tədbirlər həyata keçiriləcək və sığorta haqqında ictimaiyyətin məlumatlandırılması üçün maarifləndirmə kampaniyaları aparılacaq.
Tərəfdaşlıq müştərilər üçün yeni reinvestisiya imkanları yaradacaq.
Müqavilə investorlar üçün yaşayış şəraitinin yaxşılaşdırılması və əmlakın alınması, o cümlədən əlavə imkan və imtiyazların yaradılması ilə bağlı müddəaları özündə əks etdirir.