Pələnglərlə Aqua Sirk – Sea Breeze-də yeni şou

29 05.2025

arrow

Circus Sea Breeze-də möhtəşəm premyera – Pələnglərlə Aqua Sirk başladı.

Tamaşaçıları dünyanın dörd bir tərəfindən gəlmiş artistlərin iştirak ilə parlaq su şousu gözləyir: Avropadan ekvilibrist, Rusiyadan hava gimnastları, Monqolustandan kontorsiya artistləri, Cənubi Amerikadan kəndirbazlar, çənbər rəqqasları və Latın Amerikasından olan əyləncəli kloun.

Proqramın əsas nömrəsi – benqal, ağ və nadir çəhrayı pələnglərlə möhtəşəm şou. Sirk tamaşasını Monte Karlo festivalının qalibi, məşhur italyan xoreoqraf Bruno Toni təqdim edir.

Biletlər artıq iticket.az-ın vebsaytında və tərbiqində satışdadır.
İlk nümayiş, ənənəvi olaraq, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid ailələri və qazilərin övladları üçün baş tutdu.