Təqdimatınızı seçin və endirin
20 02.2026
Sea Breeze beynəlxalq BEMA mükafatının “Ən Yaxşı Beynəlxalq Tədbir Məkanı” nominasiyası üzrə qalib elan olunub. Layihə 17 fevralda münsiflər heyətinə təqdim olunub, mükafatlandırma mərasimi isə 19 fevralda Moskva Aviasiya İnstitutunda baş tutub.
Layihə kurort şəhər mühiti ilə beynəlxalq səviyyəli tədbir infrastrukturu birləşdirərək müasir və dinamik ekosistem formalaşdırır. Məkanın əsas üstünlüyü onun müxtəlif formatlara asan uyğunlaşmasıdır - burada həm özəl və məhdud sayda iştirakçı üçün nəzərdə tutulan tədbirlər, həm də genişmiqyaslı beynəlxalq festivallar rahatlıqla təşkil oluna bilər.
Ərazidə həyata keçiriləcək DREAM Arena layihəsi 50 000 tamaşaçı qəbul edə biləcək müasir tədbir məkanı kimi nəzərdə tutulur və dünya səviyyəli ifaçıların çıxışları ilə yanaşı, böyük beynəlxalq festivalların keçirilməsinə şərait yaradacaq. Eyni zamanda, 200 hektar ərazini əhatə edəcək “Fire Island” adlı süni ada layihəsi həyata keçiriləcək. Gələcək perspektivdə “Formula 1” trasının bir hissəsinin həmin əraziyə köçürülməsi planlaşdırılır ki, bu da Sea Breeze-in iri beynəlxalq tədbirlər üçün aparıcı platforma kimi uzunmüddətli baxışını nümayiş etdirir.
BEMA mükafatı çərçivəsində layihələr bir neçə əsas meyar əsasında qiymətləndirilib:
Sea Breeze-in beynəlxalq BEMA mükafatında qazandığı qələbə layihənin dünya səviyyəli tədbirlər üçün qabaqcıl məkan statusunu təsdiqləyir və onun yaşayış, istirahət və tədbirlər üçün nəzərdə tutulmuş unikal ekosistem kimi davamlı inkişafını əks etdirir.