Təqdimatınızı seçin və endirin
07 06.2025
6 iyun tarixində Sea Breeze-də yay musiqi mövsümü — Sea Breeze Summer Live başladı. Baş səhnəyə çıxan Miri Yusif anşlaqla qarşılanaraq sevilən hitləri və yeni yeni albomundan olan bir mahnını ifa etdi.
Onun səhnəyə çıxmasından əvvəl qonaqlar Dmitri Koldun və Amirchik-in canlı çıxışları ilə yanaşı, DJ Came və DJ China-nın setlərindən zövq aldılar. Axşam ənənəvi olaraq Xəzər dənizi üzərində möhtəşəm atəşfəşanlıqla yekunlaşdı.
Həmin gün həmçinin beynəlxalq Crocus Fitness şəbəkəsinin yeni klubu olan Crocus Fitness Village-in təqdimatı baş tutdu. 1000 kvadratmetrlik olan, bu məkan iki mərtəbəli iki villanı əhatə edir və premium səviyyəli infrastrukturla təmin olunub: açıq hovuz, geniş fitnes zalları, bərpa zonası (saunalarla), fitobar, uşaq studiyası və aparıcı məşqçilərin iştirakı ilə hazırlanmış 60-dan çox qrup məşqi istiqaməti təqdim olunur.
Crocus Fitness Village, Sea Breeze ərazisindəki şəbəkənin dördüncü layihəsi olmaqla, komfort və ilhamverici atmosferdə aktiv həyat tərzi mədəniyyətinin inkişafını davam etdirir.