Təqdimatınızı seçin və endirin
05 03.2026
Sea Breeze yeni Monaco Residence layihəsində mənzil satışını açıq elan edir. Bu premium yaşayış kompleksi birinci sahil xəttində yerləşir.
Kompleks 17 və 27 mərtəbəli binalardan ibarətdir. Müasir planlamalara malik mənzillərdən panoramik dəniz mənzərələri açılır. Sahəsi 58-296 kv.m arasında dəyişən mənzillər təmirsiz təhvil verilir. Bunun sayəsində mənzillərin gələcək sahibləri arzusunda olduqları dizayn ideyalarını gerçəkləşdirmək və həyat tərzlərinə ideal şəkildə cavab verən məkan yaratmaq imkanı əldə edirlər.
Monaco Residence sakinlərə yerüstü və yeraltı parkinq, 24 saat resepşn və özəl üzgüçülük hovuzları təklif edir. Layihə, Sea Breeze ənənələrinə sadiq qalaraq, dəniz sahilində rahat yaşayış mühiti yaradır və qüsursuz xidmətləri ilə rezidentlərə komfortlu həyat vəd edir.