Sea Breeze-də yay mövsümünün açılışı

04 06.2025

arrow

Yayın gəlişi ilə Sea Breeze kurort şəhərciyində parlaq tədbirlər də başladı və yeni istirahət zonaları açıldı.

Mayın 31-də çox sayda qonaqların iştirakı ilə yeni Crunch burger barı açıldı. Crunch burgerlər orqanik inqrediyentləri və Bakının ən yaxşı aşpazlarından birinin unikal reseptləri ilə seçilir.

1 iyun Uşaqların Müdafiəsi Günündə Event Hall-da uşaq evlərinin və aztəminatlı ailələrin uşaqları üçün bayram tədbiri keçirildi. Tədbirdə animatorların çıxışı, oyunlar baç tutdu və Sea Breeze-dən hədiyyələr təqdim olundu.

Həmçinin, iyunun 1-də White Beach fəaliyyətə başladı - kurort şəhərciyinin ərazisində geniş istirahət zonası və su parkı.

Qiymətlər:
– White Beach: həftə içi – 40 AZN, həftə sonları – 60 AZN
– White Beach Aquapark: həftə içi – 30 AZN, həftə sonları – 40 AZN

Dəniz mövsümünün rəsmi açılışından əvvəl (15 iyundan) qonaqlar hovuzların kənarında günəşdən, kurort atmosferindən və Sea Breeze xidmətlərindən həzz alaraq istirahət edə bilərlər. Artıq burada əsl yay ab-havası hiss olunur.